XANƏNDƏLƏRİN ÖLÜMÜ İLƏ BAĞLI SENSASİYALI İDDİA: MİRYÜSİFİ DOSTU ÖLDÜRÜB, SONRA İSƏ…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

Xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümünün dəhşətli təfərrüatı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Miryusif Mirizadəni xanəndə Novruz Hüseynov qardaşı ilə birlikdə öldürüb. Sonra isə maşını aşıraraq qəza baş verməsi təəssüratını yaratmağa çalışıblar.

Məlumata görə, bir müddət əvvəl maşın alan Novruz Hüseynov Miryusifə sürücülük vəsiqəsi olmadığından onu yeni maşını Ağcəbədiyə aparmasını istəyib. Müsabiqə yoldaşı olduğuna görə də Miryusif Novruzun sözünü yerə salmayıb. Gecə saatlarında Miryusiflə Novruz arasında mübahisə yaranıb. Bu zaman Novruz Hüseynov və qardaşı Miryusifə 14 bıçaq zərbəsi vuraraq öldürüblər. Miryusif öləndən sonra onu maşına qoyublar, yolda maşını aşırıblar. Daha sonra Novruz Hüseynov özünü kanala atıb.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən “Mercedes” maraklı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi olan, N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Related Articles

050-295-94-79
top