GƏNC OĞLANIN QIZI YANDIRMASI İDDİASI İLƏ BAĞLI DİN- DƏN AÇIQLAMA – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 6
    Shares

“Həmin videonun Azərbaycanda çəkilməsi inandırıcı deyil”

Bunu bizimyol.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov sosial mediada Gəncədə marketlərdən birində gənc oğlanın qızı yandırması iddiasına cavab verərkən bildirib.

O deyib ki, Gəncədə baş verdiyi iddia edilən hadisənin videogörüntüsünü izləyib: “Amma həmin hadisənin Gəncədən baş verməsini sübut edən fakt yoxdur. Mənim bu barədə məlumatım yoxdur”.

DİN-in Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov da hadisə ilə bağlı bildirib ki, sözügedən görüntülər Gəncə şəhərində qeydə alınmayıb. Ümumiyyətlə son bir neçə ayda Gəncədə yanğınla bu cür hadisə olmayıb.

Related Articles

050-295-94-79
top