APA yanlışlığa görə üzr istəyir

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı yazılarkən APA Agentliyi yanlışlığa yol verib.

Dövlət başçısının “Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq” sözləri yanlış olaraq “Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasına davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, Ermənistanı çökdürəcəyik” kimi verilib.

APA agentliyi yanlışlığa görə prezident İlham Əliyevdən və oxuculardan üzr istəyir.

Related Articles

050-295-94-79
top