“YERİNDƏN DURAN İYUL AYINDA QİYMƏTLƏRİ ARTIRIR” – QHT RƏHBƏRİNDƏN SƏRT AÇIQLAMA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 31
    Shares

“Belə rəqəmlər gətirirlər ki, Azərbaycanda ictimai nəqliyyatda qiymətlər çox aşağıdır. Hesab etmirəm ki bu, qiymətlərin indiki halda artmasına əsas yaradırdı”.

Bunu Bizimyol.info-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədr Sahib Məmmədov Tarif (qiymət) Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymət artımına münasibət bildirərkən deyib.

O deyib ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymətlərin artırılması üçün uyğun zaman seçilməli idi:

“Qərar verən şəxslər bəzi amillər nəzərə almadı. Qiymət artımı bu zamanda olmamalı idi. Yerindən duran iyul ayında qiymətləri artırır. Bundan öncədə dəmi yollarında sərnişindaşıma xidmətləri üzrə qiymət artdı. “ASAN İmza”nın qiyməti 150 faiz artdı. İndi də ictimai nəqliyyatın qiyməti artır”.

Sahib Məmmədov bildirib ki, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda keyfiyyət baxımından müəyyən işlər görüb: “Bu qurumun tabeliyində olan avtobuslarda keyfiyyətli xidmət göstərilir. Əlbəttə bu daha da yaxşılaşdırıla bilər. Məsələn, havanın tempraturunun artığı günlərdə avtobuslarda kondisionerlər işləmirdi. Heç olmazsa, bundan sonra kondisioneri işlətsinlər.

Bakı Metropoliteninə böyük məbləğdə vəsaitlər ayrılsa da, keyfiyyətli xidmət göstərilmir. Qatarlar köhnədir, alınan qatarlar da müasir standartlara cavab vermir”.

QHT rəhbəri vurğulayıb ki, o, ictimai nəqliyyatda islahatların tərəfdarıdır: “Xidmətin keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı qiymətlərin differensiallaşdırılması lazımdır. Elə təbəqə var ki, ümumiyyətlə onlar üçün ödənişsiz etmək olar. Bununla bağlı xarici təcrübə də var. Təqaüdçülər və tələbələr üçün bir çür, əcnəbilər üçün bir qiymət tətbiq olunur. Doğrudur, bunun praktika da tətbiqi çətin başa gəlir. Ama bir yolunu tapmaq olar. Və ictimai nəqliyat yerli icra hakimiyyətinin və bələdiyyələrin tam nəzarətinə keçməlidir”.

S.Məmmədov Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun açıqladığı MDB ölkələri arasında əməkhaqqı reytinqini şərh edib: “Orta aylıq əməkhaqqı ümumiləşdirilməsinin əleyhinədir. Sahələ bölmək lazımdır. Məsələn, energetika sektorunda orta əməkhaqqı, dövlət qurumlarında orta əməkhaqqı. Belə olan halda mənzərə daha aydın görünür. Amma umumiləşdirmə hər halda var. Görünür ki Azərbaycan heç MDB ölkərləri arasında o qədər də yüksək olmayan yer tutur. Amma biz bir faktoru nəzərə almalıyıq ki, qeyri-formal əmək bazarının həcmi olduqca yüksəkdir. Hökumət 33 faiz deyir, amma bu daha yüksəkdir. Bu bazarda ödənişlər yüksəkdir və həmin ödənişlər görünmür. Hətta əmək bazarının olduğu yerlərdə ikili mühasibatlıq tətbiq olunur. Və rəsmiləşdirilən əmək haqqı aşağıdır, amma ödəniş yuxarıdır. Və bu amillər orta əmək haqqının statistikasında özünü göstərir. Bu amillər nəzərə alınsa, Azərbaycan nisbətən də yüksək çıxa bilər”.

Qeyd edək ki, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

Related Articles

050-295-94-79
top