BELƏ BİR HƏSSAS DÖVRDƏ QİYMƏTLƏRİN ARTIRILMASINA NƏ EYTİYAC VAR İDİ?!

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 3
    Shares
Tarif Şurasının nəqliyyatda qiymətləri qaldırması cəmiyyətdəheç dəbirmənalı qarşılanmır. İnsanların sosial durumlarının elə də yüksək olmadığı bir vaxtda metro və marşrut avtobuslarında gediş haqlarının qaldırılması arzuolunan deyil.
Bəs nəqliyyatda gediş haqlarının birdən-birə əlli faiz artırılması nəyə xidmət edir?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator.az-a bildirdi ki, belə bir həssas məqamda gediş haqlarının qaldırılması mənfi haldır:
“Bunlar başa düşülən bir şey deyil. Dövlət və hökümət üzvləri çalışmalıdır ki, bütün sahələrdə millətin cibinə uyğun addım atsınlar. Çox təəssüf ki, bunlar elə bil millətə acıq vermək üçün, millətin hissinə toxunmaq üçün bu cür addımları atırlar. Mən bunu normal hesab etmirəm. Burada psixoloji və ideoloji baxımdan fəsadlar ola bilər. Məsələn, deyirlər ki, neft ölkəsində qiymətlər yenə qaldırıldı. Bu düzgün addım deyil. Bunlar acından ölmürlər ki, bu sahədə çalışanların milyardları var, ondan bir milyon da bu sahəyə qoysunlar. İstəməzdim bu qədər qarşıdurmaya gedilsin, istəməzdim ki, dövlətimə və ölkə başçısına qarşı kin-küdurət yaratsınlar. Mən dövlətimi və dövlət başçımı sevən bir insanam və düşünürəm ki, bu addımların hamısı dövlət başçısı ilə xalq arasında dedi-qoduya səbəb olan bir addımdır. Bunlar istəsələr heç onu da eləməyə bilərlər. Görürsünüz ki, günü-gündən qiymətlər qalxır. Mal əti bahalaşıb, qarpızın kloqramı 60 qəpikdir. Bu gün metroda və marşurut avtobuslarında qiymətləri qaldırırlar. Bütün təbəqələri nəzərə almaq lazımdır. Qiymətləri 10 qəpik qaldırmaqla nəyəsə nail olacaqlarmı? Xeyr. Bu məmurlar xaricdə az villalar alsınlar, az milləti talan etsinlər, az maşın kolleksiyaları yaratsınlar, bəsdi övladları dollar vannalarında fotolar çəkdirib millətin hissiyatına toxundular. Mən düşünürəm ki, dövlət başçısı bu məsələləri bilsə, tədbir görəcək. Bir prokurorun rüşvət alması xəbəri prezidentdə məruzə edilən kimi onu həbs etdirdi. Biz prezidentə kömək edək, onun atacağı addımlara dəstək olaq. Amma baxın Tarif Şurası bunları edirmi?! Belə bir həssas dövrdə qiymətlərin artırılmasına nə ehtiyac var idi?! Düşünürəm ki, bu millətə qarşı saymamazlıqdı, millətin hissiyatıyla oynamaqdı. Bunu bizə desəydilər, kasıb vaxtımızda gedib ondan-bundan dilənib pul yığıb Tarif Şurasına verərdik ki, bu kimi addımlar atmasınlar. İstəməzdim ki, dövlət başçısının nüfuzuna xələl gətirən addımlar atılsın”.
MİA.AZ

Related Articles

050-295-94-79
top