NOVRUZ MƏMMƏDOV İNTİHAR ETMƏK İSTƏYƏN KİŞİNİ FİKRİNDƏN DAŞINDIRDI – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədovdaşındırıb.

Oxu.Az xəbər verir ki, məlumata görə, bir nəfər səhər 07:30 radələrində intihar məqsədilə körpüyə çıxıb.

O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş.

Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Musavat.com yazır ki, həmin vaxt baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı dəvət edilib.

 

Related Articles

050-295-94-79
top