BU DƏFƏ QARABAĞ VETERANINI ALDATDILAR “KONTAKT-HOME”-DAN NÖVBƏTİ ŞİKAYƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
TİA.AZ xəbər verir ki, bu haqda məlumatı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov verib. O, şikayətin Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən, korpus.120, ev.70-də yaşayan Qarabağ veteranı Ağakişiyev Musa Şahsuvar oğlu (050 291 03 48, 012 411 09 78) tərəfindən edildiyini bildirib.
Qarabağ vereranının şikayət ərizəsini təqdim edirik:
“Yazıb sizə bildirirəm ki, oğlum Ağazadə Vüqar Musa oğlu 14.05.2018-ci il tarixində “Kontakt Home”-un Binəqədi rayonu Atatürk pr.ev.65 B (Maqazin tel. nömrəsi 533 01 01) olan mağazadan “Samsung Galaxy-J2” markalı telefon 2 illik qızıl zəmanətlə alıb. 1-ci ayın ödənişini vaxtından əvvəl edib.Telefonda problem yaranıb. Aldığı mağazaya müraciət edib, oğluma bildiriblər ki,telefonu servisə apar. Əgər telefona kənar müdaxilə olunmayıbsa servis bizə özünün zavod qüsuru ilə olsa biz mağazaya onların rəyi nəticəsində götürə bilərik. Bayram günləri olduğuna görə Şıxəli Qurbanov küçəsi 17-19-da yerləşən “Link Servis” işləmirdi. İyunun 26-sı servisə təhvil verib.
İyunun 30-da telefonu servisdən götürəndə telefonun zavod qüsuru olduğuna görə mağazaya təhvil verə bilərsiniz (orta düyməsi, geri düyməsi, ses azaldıb çoxaldan düyməsi işləmirdi). Telefonun qiyməti 480 AZN-dir. Mağazaya təhvil verdi. Ondan sonra oğluma bildirdilər ki, əgər 1-ci alınan telefon zavod qüsuru olsa təhvil verəndən sonra 2-ci telefon götürsən 50 % güzəşt olacaq.
“Kontakt Home”-da 2-ci telefon “Samsung Galaxy-J5” mağazada 499 AZN olan telefonu oğluma 744 AZN-ə veriblər və təhvil verdiyi telefonu da ödəməsini tələb edirlər. Hər 2 telefonun qızıl zəmanəti hər biri 90 AZN. Mən 2 dəfə servisə və alınan mağazaya müraciət etdim. Heç bir nəticə əldə edə bilmədim. Servis bildirdi ki, bir arayışı ələ yox bir başa mağazaya göndərmişik. Siz mağaza ilə həll edin. Mağazada bildirir ki, bizdə qanun belədir. Hara istəyirsiniz müraciət edin. Məndən zavod qüsuru olan telefonu təhvil verdiyim halda ödəniş tələb edirlər. “Kontakt Home” kredit şöbəsindən 20 İyulda mənə zəng edib bildirdilər ki, 1-ci aldığınız telefonunda pulu ödənməlidir. Mən onlara iradımı bildirdim ki, hansı qanunda göstərilir ki, təhvil verilən telefona aylıq kredit ödənilsin. Kredit şöbəsi bildirdi ki, bizə o haqda bir şey bildirməyiblər”.
/Cebhe.info

Related Articles

050-295-94-79
top