BAKIDA “PLASTİK” DÜYÜ SATIŞA ÇIXARILA BİLƏR – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

MDB ölkələrinin, xüsusən də Rusiyanın mağazalarında “Çin istehsalı plastik düyü”nün aşkarlanması bu süni məhsulun Azərbaycan bazarlarına düşmək təhlükəsindən xəbər verir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Böyük ehtimal var ki, bu məhsul bizim mağazalarda da satıla bilər. Diqqətli olmaq lazımdır. Plastik düyünün Rusiya mağazalarında peyda olması Azərbaycanın müvafiq qurumları üçün həyəcan siqnalı olmalıdır”, – müsahibimiz bildirib.

Fürsətdən istifadə edərək, o müştəriləri sayıq olmağa və yalnız sınanmış düyü almağa çağırıb.

Related Articles

050-295-94-79
top