AZƏRBAYCANDA SAHİBKARA SİLAHLI HÜCUM OLUB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Ağstafada ferma sahibi həmkəndlisini öldürəcəyi ilə hədələyərək atəş açıb.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, ötən gün Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevitapança ilə öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.
Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb.
Onun sərxoş halda olması müəyyən edilib.
TİA.AZ

Related Articles

050-295-94-79
top