ADNAN OKTAR AZYAŞLI QIZI NECƏ TƏLƏYƏ SALDI? – ANANIN DƏHŞƏTLİ ETİRAFLARI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Türkiyədə özünü din adamı kimi təqdim edən və bir müddətdir həbsdə olan Adnan Oktar təşkilatı ilə bağlı araşdırmalar davam edir.

Publika.az xəbər verir ki, övladları bu təşkilata qoşulan valideynlərin polisə ifadələrində qız uşaqlarının necə tələyə salınmalarının detalları məlum olur.

Bu günlərdə qızı həmin təşkilata qoşulan bir ana ifadəsində övladından hələ də xəbər ala bilmədiyini deyib:

“Qızım 16 yaşı olanda 28 yaşlı bir oğlanla tanış olmuşdu, hətta onunla evlənmək istədiyini dedi. Əvvəlcə bu münasibətə razı olmadım, sonra Bora adlı həmin oğlanla görüşdüm. Ona qızımın evlilik üçün azyaşlı olduğunu dedim. Bora işlərini həll edəndən sonra qızımla evlənmək istədiyini bildirdi. Bir müddət sonra qızım evlənmək istədiyini bildirdi. Yenə də etiraz etdim, qızım Bora deyil, Əmrə Təkin adlı biri ilə münasibətinin olduğunu dedi. O, mənim həmin oğlanla mütləq tanış olmağımı və evlənmələri ilə razılaşmağımı tələb edirdi. Qızımla bu münasibətə görə tez-tez dalaşırdıq, o, özünü öldürəcəyini deyirdi. Əlindən bıçağı güclə almışam. Əmrə Tekinlə görüşdüm, o, atasının təqaüdçü polis, anasın evdar qadın olduğunu və qızımla evlənmək istədiyini bildirdi. Bu barədə yoldaşıma danışdım. Bir müddət sonra ailəsi ilə tanış olduq, qısa zamanda nişan və nikah oldu. Amma onların arasında soyuq münasibət olduğunu hiss edirdik. Toyda qızım çox kefsiz görünürdü. Toydan sonra zəng edəndə qızım az danışırdı. Bizə gələndə isə geyiminin dəyişdiyini, çox açıq-saçıq geyinməyə başladığını gördüm. Qızımın evinə gedəndə orada heç kimin yaşamadığını öyrəndim”.

Qadın qızının geyim və makiyajındakı dəyişikliklərdən şübhələndiyini və onu izləmək üçün xəfiyyə tutduğunu bildirib:

“İnternetdə araşdırdım, onun geyim və davranışlarından Adnan Oktar təşkilatına qoşula biləcəyini düşündüm. Özəl xəfiyyə ilə qızımı izlətdirdim. Qızımın və Əmrənin də təşkilata qoşulduğunu öyrəndim. Qızım hər gün bir az bizdən uzaqlaşdı. Uzun müddətdir artıq onu görmürəm”.

Related Articles

050-295-94-79
top