“PROKURORLARIN, HAKİMLƏRİN, POLİS RƏİSLƏRİNİN ƏKSƏRİYYƏTİ RÜŞVƏTXORDU” – İTTİHAM

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 59
    Shares
İsmayıllı rayonun prokuroru Ülvi Abbasov və böyük köməkçisi Faiq Quliyev qanunsuz əməllərinə görə həbs edilməsi cəmiyyətdə razılıqla qarşılanır. Atılan addımlar onun göstərir ki, artıq məmurların rüşvətxorluğuna qarşı çox ciddi tədbirlər görülür.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında bu gün rüşvətxorluğa görə bir çox məmurların həbs edilməli olduğunu və hətta onlardan bir neçəsinin adlarını da bildiyini dedi:
“Azərbaycanına bu gün utanc verən. dünya miqyasında baş qaxıncı gətirən və prezidenti günah obyektinə tuş gətirən onun komandasıdı, ətrafıdı, rüşvətxor məmurlardı. Prokurorların, hakimlərin, polis rəislərinin əksəriyyəti rüşvətxordu. Bundan başqa bir çox nazirlər rüşvətxordu. Bunların aldıqları iki min manat əmək haqqı ilə onların yaşayışı tərs mütənasib gəlir. Mən neçə illərdi işlədiyim dövrdə məmur özbaşınalığına, rüşvətə qarşı mübarizə aparımışam. Bu gün də mübarizəmi davam etdirirəm.
Axı nəyə görə prezident xaricə gedəndə ona desinlər ki, Azərbaycanda rüşvətxorluq baş alıb gedir. Bunu edən kimlərdi, məmurlardır. Ona görə də bir prokurorun və köməkçisinin həbs edilməsi ilə bu iş bitmir. Mən düşünürəm ki, bir neçə nazir həbs edilməlidir. Məsələn, Hacıbala Abutalıbov yoxlanılsa, dövlətin əmlakını talan etdiyinə görə həbs edilməlidir. Ermənilərlə qohumluğu olan baş nazirin müavini həbs edilsin. Bunların hamısı faktlardı. Müəyyən adamlar var ki, bu gün onlar təcili həbs edilib, mülklərinə həbs qoyulmalıdır. Belə olan təqdirdə xalq da görər ki, həqiqətən də real olaraq korrupsiyaya qarşı mübarizə aparılır. Yoxsa ki, bir-iki nəfəri tutmaqla iş bitmir. Bu gün ölkədə bütün narazılıqların başında duran məmur təbəqəsidir. Rayon icra başçılarıdı, nazirlərin hamısının xaricdə milyardlıq obyektləri, Azərbaycanda hər dağın başında bir obyekti, hər xarici dövlətdə beş arvad saxlayırlar, beş dənə villaları, xüsusi vertolyotları var. Bu məsələlər həllini tapsa, xalqın dövlət başçısına olan rəğbəti daha da artar. Bu məmurların özləri cəhənnəmə, bunların köməkçiləri milyonluq pula malikdirlər. Oturub-durduqları qadınlar belə özlərini apa bilmir. Bu çox ciddi məsələdir və mən istəyərdim ki, bir nəfərlər kifayətlənməsinlər. Əgər adlarını bilmirlərsə, onların adlarını deyə bilərik”.

 

Related Articles

050-295-94-79
top