“MƏNƏ HƏMİN MƏMURLAR MANEÇİLİK TÖRƏDİRLƏR…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

27 Iyul 2018 [15:45]

“Zara Mqoyan adı bir müğənninin Azərbaycana gəlməsinə qarşı çıxanlara, deputatlara demək istəyirəm ki, siz bilmirsiniz burada minlərlə erməni yaşayır?!”.

Mia.az bildirir ki, bunu keçmiş deputat, məşhur YAP-çı Musa Musayev deyib.
Sabiq deputatın sözlərinə görə, arvadı və qaynanaları, gəlinləri erməni olan vəzifəli məmurlardan hamının xəbəri var: “Bəyəm sizin bundan xəbəriniz yoxdur? Vaxtı ilə mən parlament tribunasından çıxış edib, öz fikirimi bildirmişəm. Ona görə də, ikinci dəfə, yəni 2005-ci ildə deputatlığa namizədliyim irəli sürüləndə, mənə həmin məmurlar maneçilik törətdilər, yenidən deputat olmağıma imkan vermədilər. Bu gün Zara ilə deyil, ermənilərə qohum, onlara simpatiyası olan  məmurlarla mübarizə aparmaq lazımdır”.
Musa Musayevin sözlərinə görə, 1987-1990-cı illərdə bir çox ermənilər öz ad və soyadlarını dəyişərək, vəzifələrə soxulublar: “Ey Zaraya qarşı mübarizə aparanlar, buyurun, bunlara münasibət bildirin. Mövqe bildirmək zamanı gələndə çoxları qorxusundan susur, boş-boş şeylarə isə münasibət bildirirlər. Bir sözlə, belə zaralardan Azərbaycanda çoxdur”.

Related Articles

050-295-94-79
top