Sumqayıtda əlil və sağlamlıq imkanları məhdud şəxslərin mədəni istirahəti təşkil olunub

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Ülvi-aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların problemlərinin həllinə dəstək istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbirlərini davam etdirir.
Aydinliq.az-a daxil olan məlumata görə, layihə çərçivəsində bir qrup əlil və sağlamlıq imkanlı məhdud olan uşağın Sumqayıt şəhərindəki Heydər Parkında, H.Əliyev prospektindəki xiyabanda gəzintisi təşkil olunub. Gəzinti zamanı onların bir-biri ilə, eləcə də şəhər sakinləri ilə təmas qurmasına, yaşıdlarına qaynayıb-qarışmasına şərait yaradılıb.
Sonda isə əlil və sağlamlıq imkanları məhdud uşaqlar üçün şam yeməyi və çay süfrəsi təşkil olunub.

Related Articles

050-295-94-79
top