“LOQOS” PSİXOLOJİ VƏ NİTQ İNKİŞAFI MƏRKƏZİ YOXSA ÜMÜDLƏRİN TÜKƏNDİYİ YER

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azerbaycanrealligi.com xəbər saytının facebook səhifəsinin mesaj bölümünə Loqos psixologiya mərkəzi və onun rəhbəri haqqında yazı daxil olub. Həmin şikayət yazısını olduğu kimi təqdim edirik

Bu saxtakarlıqla dolu psixoloji mərkəzdən, oranın  müdiri Təranə Məmmədovanın qoyduğu ”tələblərə” öz vicdanına görə əməl etmədiyi üçün işdən çıxarılàn növbəti xanım psixoloqun yazdığı dəhşətli faktları cəmiyyətimizə çatdırmağı özümə borc bildim.

Ümidləndim  ki, bəlkə bu dəfə də xalqımıza qarşı aparılan bu genosidə göz yummazsınız.  Çap etməyi bir vətəndaş və bir peşəkar kimi sizin insaf və vicdaniniza buraxıram. İnsanlarımıza qarşı bir cinayət baş verir. Heç kimin bundan xəbəri yoxdur. Çünki baltanın sapı özümüzdəndir. İlan- kəpənək donuna girib, necə ki, qurd quzu donuna girir. Yağışdan sonra göbələk kimi artan psixologiya mərkəzlərinin çox azında keyfiyyətli xidmət var və əksəriyyətində xalqımıza qarşı cinayət aparılır! Çox qəddar və amansızcasına! Körpələrimizə zərbələr vururlur! Pul tələsinə düşən validenlər aldadılır!

Belə mərkəzlərin birindən yazıram. Vaxtı ilə səhvən aldanaraq işlədiyim Loqos nitq mərkəzi. Mərkəzin sahibi Təranə Məmmədova yalanlardan tor qurub ,sadəlöhv valideynləri tələyə salaraq , pul qirir.  Bu cinayətin qurbanı həm ora müştəri kimi müraciət edən valideynlər həm də elə oranın işçiləridir. Qul kimi işlətdiyi gənc qızları , aylarla pulsuz istismar edəndən sonra maaş adıyla qəpik quruş verir. Psixoloqların qarşısında sərt əmr var, nəyin bahasına olursa olsun müraciət edən adamları itirmək olmaz! Ehtiyacı oldu olmadı ən azı il yarım süründürülməlidirlər. Nəticə isə ürəkağrıdan. Nə xəstə yiyəsi razı qalır, nə də işçilər. Qazanılan milyonlardan psixoloqlara qəpik quruş qalır. Təsəvvür edin ki hələ bu azmış kimi yersiz bəhanələrlə ki ay nə bilim işə gecikmisən filan,o qəpik quruşu da kəsir və ayın sonunda bəlli olur ki yazıq mütəxəssis bir ay ərzində bu hiyləgər çoxbilmiş və allahsız Təranə üçün pulsuz çalışıb. Həqiqəti deyən mütəxəssisləri isə heç bir haqqı qorunmadan qovurlar işdən, mənim kimi. Ancaq yox, indi bəxti daha pis gətirənlər var. Öz saxta, silikonlu təbəssümü ilə aldadaraq tora saldığı psixoloqlara kontrakt imzaladır. İmzalamadan sonra başlayır istismar.

Mütəxəssis haqqını tələb edəndə 20 min manat tələb edərək məhkəmə və öz qohumları ilə qorxudur. Bu ifritə dəhşətli bir məxluqdur! Öz sözü ilə desək, hədəf odu ki “ Azərbaycanın brendi mən Təranə Məmmədova olacam ! Bütün dünyada Azərbaycan deyiləndə hamı məni düşünsün!” Eynən dəhşət kinolarında olduğu kimi onun hədəfi bütün vətənimizi öz qara çirkli və saxta caynaqlarına almaqdır. Dərdi odu,digər bütün psixoloji mərkəzlərin “torbasını tikməkdir”. Gah vergilərdən öz adamlarına pul basıb onların üzərinə göndərir. Gah da bütün televiziyalara qadağa qoydurtdurur ki Loqosundan başqa heç bir psixologiya mərkəzlərini efirə buraxmasınlar. Şantaj və hədə qorxu ona səbəb olub ki heç kim bu haqsızlıqlara dinə bilmir. Hamı için için ağlayır. Qazanan ançaq öz qohum əqrabalarıdır. Dağdan dərədən düşmüş adamlara qəşəng pullar ayırır.  Bu qara cinayətində ona kömək edənlər onun sevimlisinə çevrilir. Özü bütün cinayətlərin başında durur. Hər kəsin bu cinayət maşınının işində öz rolu və töhvəsi var. Nigar xanım hər il pedaaqoji universitetdən yeni gənclərin cəlb olunmasında iştirak edir, Günel və Zümrüd bacıları Xəzər universiteti və Bakı Dövlətdən, Gəncədəki Loqosun işçiləri isə hər il adambaşına Gəncə universitetlərindən bəlli sayda tələbələr cəlb etməlidirlər. Yoxsa işləri pis olar. İstərdim ki, aidiyyatı orqanlar bu məxluqun cinayəti ilə maraqlansınlar! İşçilərə imzalatdığı saxta 20 minlik kontraktların hansı hüquqi əsası var? İllərdir dəyərli alimlərimiz işləyib ad alırlar, bu Təranə necə oldu qəfldən fəlsəfə elmləri doktoru oldu? Təranənin bu saxtakar cinayətkarlığını kim araşdıracaq? Nədən heç bir tibbi dokumenti olmayan Loqos mərkəzinin işçiləri

AZTV-dən tanınan Əli Nağıyev, Elmir Əkbər gələn pasientlərə resept yazırlar?

Səhiyyə Nazirliyi gərək bu cinayətin üstünü açsın! Deyim ki biləsiniz  Loqosun adı psixologiya mərkəzi  olsa da işçilərindən cəmi 1-2 faizi psixoloq ola ya olmaya. Peşəkar psixoloqları kölgədə saxlayan mərkəzdə qeyri-psixoloqlar psixoloq adı altında çalışır. Eşşəyinin qurd dayısı, bir iki ay yalançı kurslar keçmiş  saxtakar dırnaqarası psixoloqlar camaatı soyur.Həyaısz bazar arvadlarına oxşayan arsız bazar qızlarını bəhbəhlə işə götürür. Gələn gənc kadrlardan işə düzəlmələri üçün özlərinin təşkil elədiyi gülməli təlimləri keçməyi tələb edirlər. Bir qohumum yazıq nə qədər pul tökdü bu kurslara ki söz veriblər sonda işlə təmin edəcəklər.Amma axırda yazığı uzaqlaşdırdılar və verdiyi pullar da batdı. Açığı deyim ki mən və digər onu tanıyanlar onunla başbaşa verməyə qorxuruq.  Ancaq yuxarıdan bir yoxlama gəlsə bütün qanun pozuntularının üstü açılar Əslində onların əsl şüarı belə olmalıdır. LOQOS ÜMİDLƏRİN SINDIĞI YER!

Hədə-qorxulara və şantajlara məruz qalmasın deyə, jurnalistika prinsiplərinə uyğun olaraq yazı müəllifinin anonimliyini qoruyuruq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./TİA.AZ

Related Articles

050-295-94-79
top