BAKIDA HOLDİNQ RƏHBƏRİNƏ 17 BIÇAQ VURDULAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 6
    Shares
“E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb.  “Qafqazinfo” xəbər verir ki, o, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb. 
E. Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.
TİA.AZ  bildirir ki, Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:
“Dünən bıçaqlayıblar, reanimasiyadadır. Deyirlər ki, bir nəfər yaxınlaşaraq ondan siqaret istəyib. O, daha sonra Elşəndən telefonu tələb edib, mübahisə yaranıb və 17 bıçaq vurub”.
Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.

Related Articles

050-295-94-79
top