“O ADAM ADIMIZDAN SUİ-İSTİFADƏ EDİB” – “SPACE” TV POLİSƏ MÜRACİƏT ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares

“Space” Müstəqil Teleradio Şirkəti bu telekanala layihələr təqdim etmiş “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Vüqar Ağayevlə bağlı rəsmi açıqlama yayıb.

Teleşirkətdən Mia.az-a verilən açıqlamada deyilir:
“Məlumat üçün bildiririk ki, əvvəlllər “Space” telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verilişlər istehsal etmiş “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanunazidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlayıb. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o, “Space” telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol verib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Qanuna uyğun olaraq, həmən ərizələr “Space” telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.
Qeyd edək ki, Vüqar Ağayevin axtarışa verildiyi barədə məlumat yayılıb. Məlumata görə, “Space” TV-də yayımlanan “İşimiz var”, “Yerimdəyəm” və “Praym şok” verilişlərinin layihə rəhbəri olmuş V.Ağayev 2017-ci ildən etibarən ayrı-ayrı adamlardan onları işə düzəldəcəyinə söz verib, külli mqidarda pul alıb, lakin vədinə əməl etməyib. Onun 500-dən çox adamı aldatdığı bildirilir.

V.Ağayevin artıq ölkəni tərk etdiyi, xaricə qaçdığı bildirilir. Təxmini hesablamalara görə, telekanal əməkdaşı 500 min manatdan çox pul mənimsəyib. Son nəticə olaraq, zərərçəkənlər aidiyyatı polis bölməsinə gedərək şikayət ərizələri yazıblar.

Related Articles

050-295-94-79
top