MİKAYIL GÜLƏDDİNOĞLU DÜNƏNKİ VERİLİŞİ İLƏ BAĞLI ONU SÖYƏNLƏRƏ CAVAB VERDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Space” televiziyasında yayımlanan “Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu sosial şəbəkələrdə “topa tutulub”.
Məsələ burasındadır ki, dünən -iyulun 23-ü Ağdamın 25-ci işğal gününü qeyd etdik. Məhz dünən “Space”də “Sevimli mahnı” verilişinin yayımlanması və aparıcı Mikayıl Güləddinoğlunun efirdə çalıb-oynaması onu qınaq obyektinə çevirib.
Sosial şəbəkələrdə aparıcının ünvanına sərt sözlər yazılıb, hətta o, təhqir olunub.
Məsələ ilə bağlı tanınmış aparıcı ilə əlaqə saxlayan Modern.az saytının əməkdaşı sözügedən verilişin Ağdamın işğal tarixində yayımlanmağının səbəblərini öyrənməyə çalışıb.

Milayıl Güləddinoğlu saytımıza açıqlamasında bunları deyib: “Təbii ki, dünənki tarixdən xəbərimiz vardı. Bilirdik ki, iyulun 23-ü Ağdamın işğal günüdür. Təqvimdən də, işğal tarixindən də xəbərimiz olub. Buna görə də verilişdə əvvəlki buraxılışlardakı kimi çal-çağır, oynamaq olmayıb. Hətta, verilişdəki ansambl heyətimiz milli ruhda, lirik mahnılar səsləndiriblər. Hər halda, verilişi izləyənlərin bundan xəbəri var”.

Aparıcının sözlərinə görə, bir çox hallarda bəziləri köhnə kadrları üzə çıxarıb onun haqqında təhqiredici fikirlərin səslənməsinə şərait yaradırlar: “Dünənki verilişə Müslüm Maqamayevin “Azərbaycan” mahnısı ilə başlamışıq. Sabir Mirzəyevin “Cahargah”ı səsləndirilib. Təsəvvür edin, dünən veriliş davam etdiyi məqamda səhnədə xanəndə muğam oxuyur, Nofəl Süleymanov “Şəhidlər” mahnısını ifa edir, mənim “İnstagram” səhifəmə isə kimsə yazır ki, “utanmırsan, konsert verirsən?!”. Yaxşı olar ki, oturub baxsınlar, sonra nəsə yazsınlar. “Azərbaycan” mahnısı səslənəndən sonra “gün o gün olsun ki, bu mahnı Ağdamda, Qarabağda, Zəngəzurda səslənsin” demişəm.

Təsiredici məqam odur ki, köhnə verilişlərimdə bayram günlərində çəkilmiş videolarımı sosial şəbəkələrə yerləşdirib təhqiramiz şərhlər yazırlar. Belə olmaz axı! Dəqiqləşdirsinlər”.

 

Related Articles

050-295-94-79
top