ÖLKƏ DİNDARLARI GƏNCƏ HADİSƏLƏRİNİ QƏTİYYƏTLƏ PİSLƏYİR – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanın din xadimləri və dindarları 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşı bir qrup radikal qüvvənin dövlət dayaqlarının zəiflədilməsinə yönəldilmiş çirkin və məkrli təxribat cəhdi kimi qiymətləndirirlər.

Onlar bildirirlər ki, ölkəmizdə hökm sürən sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuq işlərinə, xarici siyasət sahəsində qazanılan uğurlarımıza kölgə salmaq niyyəti güdən bəzi qüvvələr məkrli niyyətlərini həyata keçirməyə ciddi cəhdlə çalışırlar. Din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Bu cinayət əməllərində müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.

Ölkə dindarları qeyd ediblər ki, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlət Başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqlarına əsasən, məscidlər, dini məbədlər, tarixi abidələr, ziyarətgahlar inşa edilir, bərpa olunur və yenidən qurulur. Azərbaycandakı dövlət-din münasibətləri bütün dünyaya nümunədir. Azərbaycan dindarları dövlətimizin dinə, mənəvi dəyərlərimizə olan münasibətindən çox razıdır. /// yenigence.com

 

Related Articles

050-295-94-79
top