NAZİRLİK İCRA BAŞÇISININ VİRAN QOYDUĞU ƏRAZİLƏRDƏ YOXLAMALARA BAŞLADI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, Qara Qarayev prospektində ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə BakuPost-a metronun Qara Qarayev stansiyası ətrafında yaşayan sakinlər məlumat veriblər. Bildiriblər ki, Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında ağacların qırıldığı əraziyə ETSN-in mütəxəssisləri gəliblər. Əldə etdiyimiz məlumata görə, nazirlik hazırda ərazidə araşdırma aparır, nəticələr barədə ətraflı məlumat veriləcək. Digər məlumata görə isə, artıq Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında aparılan tikinti dayandırılıb.
Qeyd edək ki, bir neçə gündür, mətbuatda Nizami rayonunda ağacların qırılması ilə bağlı məlumatlar gedir. Xəbərlərdən birində “Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarı arasında yolun kənarında yerləşən ərazidə ağacların qırılması, hasara alınaraq yerində milyonluq ticarət obyektlərinin tikilməsindən bəhs edilir.
Nizami rayonunun icra başçısı Arif Qasımov isə sözügedən ərazidə ağacların qırılması və yerində obyektlərin tikilməsi ilə bağlı xəbərə reaksiya verib. O, mətbuata açıqlamasında ağacların qırıldığı ərazidə ucaldılmış hasarların söküləcəyini deyib.

Related Articles

050-295-94-79
top