NABRANDA İTƏN UŞAĞIN AXTARIŞINA HELİKOPTER CƏLB OLUNDU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.
Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə FHN-in Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.
Əlavə məlumat veriləcək.

Related Articles

050-295-94-79
top