“3 YAŞLI UŞAĞI FHN YOX, KƏND SAKİNLƏRİ TAPDI, ATASI MÜKAFAT VERƏCƏK” – TƏFƏRRÜAT – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşən 3 yaşlı uşaq tapılıb.
Hadisə şahildlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tapmayıb: “Neçə saatdır ki, FHN bu ərazidə axtarış aparırdı, ancaq uşağı FHN yox, vidoeoda görünən kişi və gənc oğlan tapıb. Uşaq çox da uzağa gətməyib. Burada mayakın arxasında meşəlik var, çayın yanında kolluqdan tapıblar. Şükür Allaha ki, uşaq sağ-salamatdır”.
Şahidlərin dediyinə görə, uşağın atası övladını tapan kişiyə pul mükafatı verəcək: “Uşağın yaxınları dedi ki, İsmayılı tapan şəxsə hədiyyə və pul mükafatı verəcəklər”.
AZXEBER.COM İsmayıl Novruzovun ailəsinə təhvil verildiyi anın videosunu təqdim edir:

 

Related Articles

050-295-94-79
top