ATV-NİN XƏRÇƏNG XƏSTƏSİ APARICI BU GÖRÜNTÜLƏRİ DƏ PAYLAŞDI – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 136
    Shares

Xərçəng xəstəliyindən əziyyət çəkən ATV-nin “Qanunla biz” verilişinin aparıcısı Zülfiyyə Bayramova kimyaterapiya müalicəsinə başlayıb.

BAKU.WS xəbər verir ki, tanınmış aparıcı müalicə prosesindən görüntüləri “İnstagram” səhifəsində paylaşıb.

“Allah heç kimə göstərməsin! Yəqin çoxunuza maraqlıdır, kimyaterapiya necə olur. Buna görə kimyaterapiya aldığım görüntüləri sizinlə bölüşürəm”.

Zülfiyyə Bayramova kimyateraöiya müalicəsinə başlamazdan əvvəl saçlarını qırxdırdığı zaman çəkdirdiyi videonu da paylaşmışdı. Onunla bərabər doğmalarının da aparıcıya dəstək olmaq üçün keçəl olmağa qərar verməsi rəğbətlə qarşılanmışdı.

Xatırladaq ki, Zülfiyyə Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyinə düçar olduğunu öyrənib. Aparıcı may ayında cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb. O, müalicəsini Milli Onkologiya Mərkəzində davam etdirir.

 

Related Articles

050-295-94-79
top