RƏHİM RƏHİMLİ GÜNELİN YALANINI ÜZƏ ÇIXARDI – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Müğənni Günel Ələkbərova “ATV maqazin onlarla” verilişində Rəhim Rəhimlinin ona “pul atdığını” bildirib.

Oxu.Az-ın xəbərinə görə, ifaçı deyib ki, Rəhimliyə yeni bəstə üçün pul ödəyib.

Qarşı tərəf uzun müddət keçsə də, nə mahnını verib, nə də pulu qaytarıb. Günel isə bildirib ki, pulunu geri istəyir:

“Deyirlər ki, mənim mahnımı kiməsə vermisən. Son vaxtlar qalmaqaldan uzağam, amma mahnımı başqasına vermisən. Ya pulumu ver, ya mahnımı. Ya da mənə bir hit yaz. Onsuz da sən yatıb-durub bir hit yazırsan”.

Müğənninin açıqlaması isə Rəhim Rəhimlini özündən çıxarıb. “MTV Azərbaycan”a danışan ifaçı Günelin yalan danışdığını, gündəmə gəlmək üçün belə bir addım atdığını söyləyib.

“Zəng vurdum ki, nə xəbərdir, nə mahnı, nə pul? Deyir, yadındadır, sənin mahnını oxumuşdum? Getdim radiolardan mahnını götürdüm və hamıya atdım ki, baxın, Günel oxuyub. 15 il əvvəl yazmışam həmin bəstəni və Günel də oxuyub.

Zəng vururam özünə, deyir ki, “Sənin yerinə olsam, çıxıb danışardım. Gündəm olaq da… İndi bu dövrdür”.

Bundan sonra Günelə nə hit, heç 10 faiz tutacaq bəstəmi də göndərmərəm”, – deyə Rəhimli bildirib.

Pərviz Hüseyn

Related Articles

050-295-94-79
top