NOVXANIDAKI “KATAMARAN” ÇİMƏRLİYİNDƏ QAZİ AĞIR YARALANDI – SAHİBKAR FHN-NİN QADAĞASINA MƏHƏL QOYMUR? + FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

İsti yay günlərində paytaxt əhalisinin üz tutmaq istədiyi yerlərdən biri də dənizdir.  Amma bəzi işbazların əlindən, Tanrı tərəfindən  xalqa sərvət olaraq pay edilən dənizdən əhalimiz istədiyi kimi istifadə edə bilmir. Dəniz demək olar ki, başdan-ayağa kimi işbazların “işğalındadır”. Onların yalnız bir amalı var, necə edim ki, yay “sezonundan” istifadə edib özümə külli miqdarda pul qazanım. Əhaliyə xidmət, çimərlikdən istifadə edənlərin təhlükəsizliyi onları qətiyyən maraqlandırmır. Həmin məkan sahiblərini danışdıranda da deyillər ki, dənizdə kim istəyir pulsuz çimə bilər, biz ona mane olmuruq. Dəniz kənarında bütün tərəfi zəbt edən bu işbazların əlindən  qumun üstündə oturmağa belə yer tapmayan əhali məcbur qalıb, onlardan bir qabaq stolu və oturacaq stolunu 15 manat ödəyərək  götürür.

Əməkdaşlarımız həftə sonu (bazar günü) belə məkanlardan birində gördüklərini qələmə alıblar. Həmin məlumatlarla tanış olduqda məlum olur ki, Novxanıda yerləşən  “Novxani Katamaran Beach” adlı çimərlikdə yaşananlar əsl  dəhşətdir. Heç bir əsaslandırma olmadan adi günlərdə 10 manata verilən stolu, bazar günü olduğu səbəbindən 15 manata satırlar. Həmin pulun müqabilində hansı xidmətin göstəriləcəyini soruşduqda isə müştərilərə kobud cavab verilir. Buna etiraz edənlər müdriyyətin saxladığı qoluzorlu “oxranalar” tərəfindən məkandan kənarlaşdırılır.

Related Articles

050-295-94-79
top