BU SÜRÜCÜLƏR 50 MANAT CƏRİMƏLƏNƏCƏK

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Avtomobilini texniki baxışdan keçirmədən idarə edən şəxslər cərimə ediləcək

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən sonra qayda bu gündən qüvvəyə minib.
Belə ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması ilə bağlı qanuna əlavələr edilib.
Əlavələrə əsasən “Yol hərəkəti haqqında” qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edən sürücülər əlli manat məbləğində cərimə edilicək.

Related Articles

050-295-94-79
top