XATİRƏ ƏKİZLƏRİ BİABIR ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 23
    Shares

Əkizlər Sevil və Sevinc Səfərova bacıları “ATV maqazin onlarla” rubrikasının “Hit-parad” rubrikasının qonağı olublar.

Axşam.az-ın məlumatına görə, müğənnilər bir çox ifaçıların ünvanına sərt sözlər deyiblər.

Əkizlər müğənni Xatirə İslamın “Viranə” mahnısını dördüncü pilləyə qoyublar. Onlar Xatirə haqda qalmaqallı açıqlama veriblər. Onlar Miri Yusifi tənqid edən Xatirəyə “Efirdə görünməsə unudulacaq” sözlərini deyib.

İslamın bacılara cavabı da gecikməyib. O, bacıları qeyri-peşəkarlıqda ittiham edib:

“Gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, siz başınızdan böyük danışmısınız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, sənətə yeni gəlmiş müğənni kimi heç bir uğura imza atmayan gənc və dəliqanlı qızların 18 il peşəkar səhnədə olan, Azərbaycanın bütün korifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər?

Related Articles

050-295-94-79
top