KOMİTƏ SƏDRİ GƏNCƏDƏKİ TERROR AKTINDA DİN AMİLİNİ ŞƏRH ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Gəncədə törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir.
Mia.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.
O qeyd edib ki, Gəncədə törədilən hadisə terror aktı idi, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır: “Onların din adı altında gizlənməsinin də səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyil, həmin insanlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir”.
Komitə sədri qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: “İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.
M.Qurbanlı qeyd edib ki, Sumqayıtda da, digər yerlərdə də bu cür qruplar mövcuddur ki, onlar din adı altında gizlənərək öz cinayətlərini törətməyə cəhd edirlər: “Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir və Gəncədə də əhali Azərbaycan dövlətinin, Prezidentin yeritdiyi siyasəti birmənalı şəkildə müdafiə edir”.
Komitə sədri vurğuayıb ki, Azərbaycanda bu gün ictimai-siyasi sabitlik tam bərpa olunub.

Related Articles

050-295-94-79
top