RƏQQASƏ FATİMƏ HƏYAT YOLDAŞINA BAĞ EVİNDƏ XƏYANƏT EDİB?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rəqqasə Fatimə “Hər şey daxil”də həyat yoldaşına bağ evində xəyanət etdiyi barədə məlumat yaydığı deyilən müğənni Xatun Əliyevaya xəbərdarlıq edib.

Rəqqasə dodaqlarını ələ salan müğənniyə “Silikon etmişəm, yaxşı eləmişəm” deyib.

Fatimənin Xatunun statusuna canlı yayımda verdiyi cavabı təqdim edirik:

“Azərbaycan demokratik ölkədir və qanunlar var. Məni tanıyanlar bilir ki, mənim namusum, mənim qeyrətim təmizdir. Mən əziyyətlə iki övlad böyütmüşəm. Kimsə gəlsin mənim haqqımda “bağda xəyanət” …Bax bu nə deməkdir? Qaldı mənim dodaqlarıma…Lap belə eləmişəm, bax, sənə nə?!”

Qeyd edək ki, Xatun İnstaqram-da Fatimənin ünvanına “Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə… Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm, mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir… Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram” sözlərini yazıb.

 

Bildirək ki, Xatunla Fatimə arasında uzun müddətdir qalmaqal yaşanır. Bir vaxt rəfiqə olan və məclislərə bir gedən rəfiqələr indi düşmən olublar.

 

 

Related Articles

050-295-94-79
top