QUBADAKI QƏZAYA GÖRƏ BU ŞİRKƏT MƏSULİYYƏT DAŞIYIR – TƏFƏRRÜAT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Quba Palace Hotel”in ərazisində baş vermiş qəzaya görə hotel heç bir məsuliyyət daşımır.
Bu barədə Qaynarinfo-ya “Quba Palace Hotel”in Marketinq şöbəsinin direktoru Ceyhun Yəhyayev məlumat verib. O, faciənin “Skada” şirkətinin əməkdaşlarının səhvi ucbatından baş verdiyini bildirib:
“Hotel ərazisində kanat yolu var. Bu kanat yolu qısaldılmalı idi. Bununla bağlı biz araşdırma apardıq və məlum oldu ki, Azərbaycanda bu işlə təkcə “Skada” şirkəti məşğul olur. Biz həmin şirkətin əməkdaşlarını hotelə çağırdıq və onlar gəlib analiz apardılar. Görünür analiz apardıqları zaman səhvə yol verdiklərindən bədbəxt hadisə baş verib. Qəzaya görə “Quba Palace Hotel” heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət “Skada” şirkətinin üzərindədir. Onlar trosu qısaldan zaman özləri ilə gətirdikləri trosu quraşdırmışdılar və hadisə də həmin trosun qırılması nəticəsində baş verdi. 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bəzi saytlarda 4 nəfərin yaralandığı qeyd olunub. Bu, yanlış məlumatdır”.
Qeyd edək ki, Quba Mərkəzi Rayon Xəstəxanasından Qaynarinfo-ya 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.

Related Articles

050-295-94-79
top