CƏLİL CAVANŞİR PEŞMAN OLDU: “UTANDIM…”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dünən facebook üzərindən canlı yayım edərək insanların gözü qarşısında damarlarını doğrayan yazar Cəlil Cavanşir etdiyi hərəkətdən peşman olduğunu deyib.

C.Cavanşir sosial şəbəkə vasitəsi ilə onun vəziyyəti ilə bağlı maraqlanan və ya narahat olanlara müraciət edib: “Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.

Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam”.

Qeyd edək ki, canlı yayımda qolundakı venaları kəsən Cəlil Cavanşirin səhhəti yaxşıdır.(lent.az)

Related Articles

050-295-94-79
top