GÜNDƏ BİR SİQARET ÇƏKMƏK BELƏ İNFARKT VƏ İNSULT RİSKİNİ ARTIRIR [VİDEO]

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Hətta gündə bir siqaret çəksən belə, bu sənin infarkt və ya insult riskini kəskin artırır.

Britaniyalı tədqiqatçılar 140-dan çox araşdırmanı təhlil edəndən sonra, o nəticəyə gəliblər ki, gündə bir siqaret çəkənlərin heç siqaret çəkməyənlərlə müqayisədə infrakt riksləri 50 faiz, insult riskləri isə 30 faiz çoxdur.

Siqaretin sağlamlığa ziyan vurduğunu nümayiş etdirən 50 illik araşdırmalara baxmayaraq, dünyada bir milyarda yaxın insan hələ də siqaret çəkir, 7 milyon insan isə tütünlə əlaqəli səbəblərdən dünyasını dəyişir.

İnsanların çoxu siqaret çəkməyə 21 yaşları tamam olmamış başlayır. Yeniyetmə yaşlarında siqaret çəkənlərin də sayı az deyil. Hal-hazırda Amerika Ağciyər Assosiasiyası ABŞ ştatlarında siqaret alışı yaşını 21-ə qaldırılmasını təşviq edir.

Tomas Kar, Amerika Ağciyər Assosiasiyası: “Bu qərarın böyük təsiri ondan ibarətdir ki, 15-17 yaşlı yeniyetmələrin çoxu artıq siqaret əldə edə bilməyəcəklər. Belə ki, onlar siqareti məktəbdə dostluq etdikləri 18 yaşlılardan alırlar. Həmin yeniyetmələrin 19, 20 və ya 21 yaşlılarla dostluq etməsi ehtimalı isə azdır.”

Hələlik, cəmi beş ştat siqaret alışı yaşını qaldırıb. Siqaret çəkənlərin müşahidə edilməsi çox önəmlidir. Belə ki, bu tibbi təşkilatlara siqaretin tərgidilməsi və ya siqaret çəkməyə başlanılmaması üçün proqramlar həyata keçirməyə kömək edir.

Emmanuela Gakidu, Tibbi Müşahidə və Qiymətləndirmə İnstitutu: “Siqaret çəkilməsində düşüşə nail olan ölkələr tütünə nəzarət tədbirlərinə malik olan ölkələrdir.”

Tədbirlərdən bəziləri tütün məhsullarına vergilərin artırılmasıdır. Bu siqareti daha bahalı edir. Xüsusilə də yeniyetmələr üçün. Digər tədbirlər ictimai yerlərdə və iş yerlərində siqaretin çəkilməsinin qadağası, tütün məhsullarının reklamının qadağasıdır.

Emmanuela Gakidu, Tibbi Müşahidə və Qiymətləndirmə İnstitutu: “Biz mütləq effektiv çalışan vahid bir strategiyanın olub-olmadığını bilmirik. Lakin Qlobal Tütünə Nəzarət icması və Ümumdünya Səhiyyə Təşkilatının siyasətlərinin kollektiv şəkildə və düzgün icra edildikdə effektiv olur. ”

Çox ölkədə siqaret çəkənlərin nisbəti azalsa da, Gakidu siqaret çəkənlərin sayında azalma görmür. Belə ki, əhalinin də sayı artır.

Lakin siqareti atmağa çalışanların çoxu, xüsusilə də siqaretə qarşı vasitələrdən istifadə edənlərin çoxu nəticədə siqareti tərgidir və tütünlə əlaqəli xəstəliklər riskini azaltmış olur.

Related Articles

050-295-94-79
top