GÜLLƏLƏNƏN İCRA BAŞÇISINI BU ŞƏXS ƏVƏZ EDİR – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində güllələnib. E.Vəliyev aldığı ağır güllə yarasından sonra xəstəxanaya yerləşdirilib. Unikal.org-un əldə etdiyi məlumata görə, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev əvəz edir. Sözügedən xəbəri unikal.org saytına Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib. Ailəlidir. 3 övladı var.

Related Articles

050-295-94-79
top