ALOV QULLƏLƏRİNDƏ “ERMƏNİ BAYRAĞI” YOXSA TEXNİKİ PROBLEM? – VİDEOFAKT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 14
    Shares

Ötən gün Bakıda işığın verilməsində yaranmış fasilə və xətlərdəki gərginlik Alov Qüllələrinə də təsirsiz ötüşməyib.

Bizimyol.info xəbər verir ki, qüllələrdən birində texniki nasazlıq səbəbindən yaranmış görüntü sosial şəbəkələrdə heç bir əsası olmayan müzakirələrə yol açıb. Bəzi sosial şəbəkə istifadəçiləri nasazlıq ucbatından yaranmış görüntünün Ermənistan bayrağı olduğunu iddia edərək, bunu düşmən ölkənin təxribatı kimi təqdim etməyə çalışıb.
Lakin qısa müddətdən sonra bu iddianın əsassız, absurd olduğu sübuta yetirilib. Belə ki, Alov Qüllələrinin həmin vaxt çəkilmiş videosundan görünür ki, qüllənin ortasındakı göy zolaqlar görüntü dəyişəndən sonra da olduğu kimi qalır. Yəni qüllədə Azərbaycan bayrağı yelləyən siluet əks olunanda da həmin göy zolaq olduğu yerdə qalır. Bu isə sözügedən göy zolağın sırf texniki nasazlıq səbəbindən yarandığı, meydana çıxan və erməni bayrağına oxşadılan görüntünün də adi bir təsadüf olduğunu təsdiqləyir.

“Fairmont Baku Flame Towers” məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcəyini bildirib.

Related Articles

050-295-94-79
top