Adəm Məmmədovun müdafiə etdiyi keçmiş MTN işçisi bəraət aldı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 8
    Shares

Yenilik.az xəbər verir ki,tanınmış vəkil Adəm Məmmədov bu barədə öz facebook səhfəsində, qeyd edib.

Növbəti möhtəşəm bəraət!

Ləğv edilmiş AR MTN-nin baş əməliyyat müvəkkili, rütbəsi kapitan olan “Maqa” ləqəbli Məmmədov Məhəmməd Mehman oğlunun AR CM-nin 221-ci (xuliqanlıq) təqsirləndirilməsinə dair bu gün sonuncu barəsində cinayət işi üzrə təqsirliliyi sübuta yetrilmədiyin və cinayət hadisəsi olmadığından bəraət hökmünün qəbul olunmasına nail oldum. Belə ki, zərərçəkmiş şəxs etiraf etmişdir ki, ona bədən xəsarətləri Məhəmməd Məmmədovla münaqişə zəminində yaranmamışdır. O, hətta istintaq zamanı müstəntiqə bildirmişdir ki, hələ mübahisə olmazdan 2 gün əvvəl pilləkəndən yıxılaraq xəsarət almışdır. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Mahmudov da əlverişli vəziyyətdən istifadə edərək xəsarətin guya dava-dalaş vaxtdı alınması ilə bağlı qanunsuz ekspert rəyinin verilməsinə nail olmuşdur.
Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nəbiyev Şükür Novruz oğlu məhkəmə istintaqı zamanı fərqli ifadə verərək, o, həmin vaxt ümumiyyətlə hadisə yerində olmadığını, hətta ibtidai istintaq zamanı qeyd olunan ifadələrə imza atmadığını bildirmişdir. Bu səbəbdən də, xətşünaslıq ekspertizası keçrilmiş və müvafiq rəy alınmışdır. Həmin rəyə əsasən şahid dindirmə protokolunda, həm şəxsin tanınması, həm tanıyan şəxs qrafikasında, həm də üzləşdirmə protolunda tədqiq olunan imzaların şahid Nəbiyev Şükür Novruz oğlu tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda AR CPM-nin 21-ci maddəsinə əsasən ittihamın sübuta yetrilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.
Digər şahidə isə məhkəmədə, ibtidai istintaqa verdiyi ifadə elan olunmasına baxmayaraq, ümumiyyətlə heç bir şey xatırlamadığını bildirmişdir.
Bundan başqa, polis əməkdaşları olan digər 2 şahidlər məhkəmədə ibtidai istintaqdan fərqli ifadə verərək, tərəflər arasında heç bir dava-dalaş olduğunu görmədiklərini bildirmişlər.
Qanunsuz əməllərinə görə müstəntiq Ceyhun Mahmudov barəsində məhkəmə xüsusi qərar qəbul etdi. Ədalətli qərara görə Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevə təşəkkür edirəm!

Related Articles

050-295-94-79
top