
Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.
AYDINLIQ.AZ-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.
1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.
Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.
N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.
Faktla bağlı araşdırma aparılır.