PREZİDENT AZƏRBAYCAN BAYRAĞINI UCALDAN XANIM POLKOVNİKƏ MEDAL VERDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Prezident İlham Əliyev Azərbaycanın xanım olimpiya çempionuna medal verdi. Criminal.az xəbər verir ki, polis polkovniki Zemfira Meftaxetdinova “Vətən uğrunda” medalı ilə təltif edilib.

Zemfira Meftahətdinova stend atıcılığı üzrə 2000 Sidney Olimpiadasının qızıl, 2004 Afina Olimpiadasının isə bürünc medalını qazanıb. 1993, 1997 və 2003-cü illərdə Avropa çempionu olan Zemfira Meftahətdinova müstəqil Azərbaycanın birinci Olimpiya çempionu kimi tarixə düşüb. Meftahətdinova 1995 və 2004-cü ildə “Tərəqqi” medalı, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Bundan başqa təltif olunanlar arasında məhşur polislər – polis general-mayorları Abbasov Rafiq Qoşunəli oğlu, Dilqəm Mikayıl oğlu, Aslanov Həzi Arif oğlu, Abbasov Ədalət Yaqub oğlu, Həsənov Elxan İslam oğlu, Həsənov Elçin Hidayət oğlu, Kazımov Elşən Lətif oğlu, Kərimov Oqtay Əsgər oğlu, Novruzov Səbuhi Məhərrəm oğlu, Seyidov Mirqafar Mircəfər oğlu, Şirinov Həsən Kamil oğlu da var.
Bundan başqa polis polkovnikləri Ədalər Abbasov, Baxşeyş Ağayev, Cahangir Bayramov, Bəhruz Cabbarov, Namiq Camalov, Həbib Əmiraslanov, Mahir Əhmədov, Yadigar Hüseynov, Abdulkərim Məhəmməd,  Mübariz Quliyev, Levan Qurskaya, Eldəniz Məmmədov, Musa Musayev, Sərdar Səfərov, Elşad  Süleymanov, Mahmud Yusifov və Ehsan Zahidov da prezident tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Related Articles

050-295-94-79
top