“MALI KEÇİRMƏKDƏ HƏBİB KÖMƏK EDİRDİ”- DEPUTAT OĞLU GÖMRÜKDƏN MALI NECƏ KEÇİRİB?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 10
    Shares
Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib.
Məhkəmədə zərərçəkmiş Sabir Ağayev ifadə verib. O deyib ki, Elnur İbrahimovu 2008-ci ildə sinif yoldaşı Kamil vasitəsi ilə tanıyıb. “Kamil mənim sinif yoldaşımdır. O dedi ki, Elnur kartric alveri edir. Restoran və obyektlərinin də olduğunu söylədi. Dedi ki, Bakıya kartric gətirir, gömrükdə də rüsum ödəmədən keçirir. Bakıda 5 manata satılan kartrici mənə 4 manata verirdi. Mən əvvəl ondan nağd pula kartric alırdım. Sonra təklif etdi ki, pul verim mənim də adıma mal gətirsin. Qazancdan da mənə versin. İki dəfəyə pul vermişəm. Ümumilikdə 115 min vermişəm, cəmi 15 mini qayıdıb”.
Suallara cavab verən S.Ağayev qeyd edib ki, istintaqda söylədiyi bəzi fikirlər yazılmadığından təkrar ifadəsinə əlavələr edib. “Mən dediklərim yazılmamışdı. Elnur mənə deyirdi ki, bu işdə Kamil və Həbiblə də iş görür. Malı gömrükdən keçirməkdə Həbib ona kömək edirdi. Axır günlərdə Elnur mənə dedi ki, malın gəlməsində problem var. Gömrükdən keçirməyə əlavə pul lazımdır. Mən də Elnura dedim ki, həmin şəxslərlə mən də görüşüm, danışım. Dedi ki, yoz, lazım deyil, özüm həll edəcəm”- deyə zərərçəkmiş qeyd edib. S.Ağayev hazırda Elnur İbrahimovun ona 100 min manat borcu var: “Bunu da notariusda təsdiqləyib. Özü də etiraf edir”.
Suallara cavab verən S.Ağayev deputat oğlu Həbib Axundovun bu işdə Elnur İbrahimovla şərikliyinin hansı qaydada olmasını belə izah edib: “Həbibin gömrükdəki işləri həll etdiyini eşitmişdim. Bildiyim qədər Həbibgillə də şərikli işi var idi. Ona görə də mən Elnura deyəndə ki, səninlə şərik olanlarla görüşmək istəyirəm, o, razılaşmadı. Çünki onlarla da iş görürdü. Ona görə də işin pozulmasını istəmirdi”.
Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. Deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuryer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb. Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.
İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb. Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır. Məlumata görə, E.İbrahimovla deputatın oğlu ilə dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.

Related Articles

050-295-94-79
top