Jurnalist Elbrus Ərudun bacısı məhkəmə qarşısına çıxarılır – HAZIRDA POLİS NƏZARƏTİNDƏDİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Nərimanov rayonunda 3 nəfərə qarşı dələduzluq edən qadının məhkəməsi başlayır. Criminal.az saytının məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinən Seyfullayeva Aidə Ramiz qızının məhkəməsinin hazırlıq iclası iyul ayının 3-də hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işində 3 nəfər- Şumalova Rüxsarə Həsən qızı, İsmayılzadə Fərid Şahin oğlu və Quliyeva Kəmalə Tofiq qızı zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Aidə Seyfullayevanın keçmiş həyat yoldaşı Mamedov Tural Marks oğlu barəsində də Nərimanov RPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Belə ki, bu ilin mart ayında 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib. Onun barəsində polisin nəzarəti altına vermə həbs qətimkan tədbiri seçilib. Faktı Nərimanov Rayon Polis İdarəsindən də təsdiq ediblər.
Məlum olub ki, Tural Mamedov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib. Araşdırmalarımız zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, “Qafqaz servis ” MMC-nin rəhbəri olub, Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.
Təqsirləndirilən Aidə Seyfullayeva həm də tanınmış jurnalist, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərudun bacısıdır.

Related Articles

050-295-94-79
top