İCRA BAŞÇISININ OĞLU 1 MİLYON MANATA OBYEKT ALDI – SABİQ NAZİRİN DAYISI OĞLU BİZNESİNİ BÖYÜDÜR + FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.
İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib.
Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.
Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır/unikal.org
Onu da qeyd edək ki, D.Seyidəliyev həm də sabiq nazir Səlim Müslümovun dayısı oğludur.
MİA.AZ

Related Articles

050-295-94-79
top