SABİQ NAZİRİN ADAMI ÖLKƏDƏN QAÇIB – ŞİRKƏT RƏHBƏRİ İSƏ ONA GÖRƏ HƏBSDƏDİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares
Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui istifadədə təqdsirləndirilən şirkət rəhbərinin məhkəməsi davam etdririlib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1975-ci il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə iclası hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutub. Məhkəmə prosesində şahid qismində Sevinc Əliyeva ifadə verib. “Bank Standard” QSC-nin xəzinədarı vəzifəsində işlədiyini deyən S.Əliyeva Emin Quliyevi müştəri kimi tanıdığını bildirib.
O söyləyib ki, Emin Quliyev bankdan kredit götürərkən sənədləri ona təqdim edib: “Mən onun nə qədər pul aldığını xatırlamıram. Bankda kimsə kassa məxaric orderi ilə yaxınlaşıb, imzanı təqdim edirsə, ona kassadan pul verilir”. Emin Quliyev isə bankdan pul götürmədiyini deyib. Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, kassa məxaric orderi cinayət işinə əlavə edilməyib.
Məhkəmədə şahid Ülfət Kərimov da dindirilib.  O, bankda xəzinədar işlədiyini söyləyib: “Mən Sevinc Əliyeva ilə bir yerdə çalışmışam. Bankda hərə öz işi ilə məşğul olurdu. Mən adətən kartlara baxırdım. Bankdan külli miqdarda pulların tez-tez kassadan çıxarılması barədə məlumatım olmayıb. Emin Quliyevi isə bankın rəhbəri Səlim Krimanın yanında tez-tez görməmişəm”.
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib. Baş Prokurorluğun məlumatına görə, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.
Bundan başqa, E.Quliyev S.Krimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb. E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bildirək ki, S.Kiriman sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin adamı olub. O, “Bank Standart”da aparılan araşdırılma zamanı ölkəni tərk edib.

Related Articles

050-295-94-79
top