MƏŞHUR AVTORİTET ALLAŞÜKÜR PAŞAZADƏNİN KÖMƏKÇİSİ OLUB?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin varisi “Şeyx Xəmzət” ləqəbli Həmzət Qastəmirovla bağlı bir sıra məlumatlar yayılıb.
İddialara görə, Qastəmirov vaxtı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin köməkçisi olub. Hətta yayılan xəbərlərdə “Şeyx Həmzət”lə Paşazadənin tədbirlərin birində çəkilən fotosu da yer alıb. Lakin Yenicag.az-a açıqlama verən QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova yayılan məlumatları təkzib edib.
O, bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: “Belə bir şey yoxdur. Bunlar tamamilə həqiqətə uyğun olmayan informasiyalardır. Bəzən tədbirlərdə fərqli-fərqli insanlar bir araya gəlirlər. Bu da o demək deyil ki, bundan nəsə nəticə çıxarmaq lazımdır”

Related Articles

050-295-94-79
top