GÖMRÜK KOMİTƏSİNDƏ ŞOK TƏYİNAT – BAKI GÖMRÜYÜNÜN RƏİSİ YENƏ DƏYİŞDİ!

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share
Dövlət Gömrük Komitəsində maraqlı bir yerdəyişmə baş verib. Heç 1 ay deyil ki, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan İsmayıl Hüseynov (May ayının 29-da bu vəzifəyə təyin olunmuşdu-red.) bu gündən etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini kimi fəaliyyətə başlayıb. İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunması və birinci müavin təyin olunması barədə sərəncamlar rəsmən elan olunmayıb. Lakin bu dəqiqdir ki, İ.Hüseynov Bakı Baş Gömrük İdarəsini tərk edib və Gömrük Komitəsində işə çıxır. Bakı gömrüyünə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib.
Bəzi məlumatlara görə bu vəzifəyə Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov təyin olunub. Lakin Bakı Baş Gömrük İdarəsindəki mənbələr onun hələ ki, işə çıxmadığını bildirirlər.
Xatırladaq ki, may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin məşhur rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürüldükdən sonra Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Bakı gömrüyünə rəis gətirilmişdi. İ.Hüseynovun belə qısa müddətdən sonra Gömrük Komitəsində ikinci posta irəli çəkilməsi maraqlıdır və Komitə sədri Səfər Mehdiyevin ona böyük etimadından xəbər verir.
Qeyd edək ki, İsmayıl Hüseynovun Gömrük Komitəsi sədrinin birinci müavini təyin olunması barədə məlumatı ilk dəfə Unikal.org saytı verib.
Kriminal.az

Related Articles

050-295-94-79
top