BAĞÇADAKI OLAYA GÖRƏ İKİ NƏFƏR İŞDƏN ÇIXARILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Gəncə şəhərində 31 saylı bağçada uşağın üzünə dağ basılması iddiası ilə bağlı açıqlama verilib. Bağçanın müdiri Günay İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyunun 21-də baş verib, amma dağ basılması iddiası yalandır:
“Körpələr qrupunda olan az yaşlı Hüseyn Əliyev Sara Mustafazadəni dişləyib. Baxçanın böyük tibb bacısı ilk yardım göstərərək dərhal zədələmiş yerə su ilə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb. Hazırda körpənin vəziyyəti yaxşıdır. Bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə buraxdıqları səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən azad ediliblər”.

Related Articles

050-295-94-79
top