SƏMƏD VURĞUNUN ADINI DAŞIYAN MƏKTƏB FERMAYA ÇEVRİLİB – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 7
    Shares

Azərbaycanın dahi şairinin adını daşıyan təhsil ocağı fermaya çevrilib. Məktəbə gələn hər kəsdə belə təssəvvür yarana bilər ki, burada şagirdləri mal-qara əvəzləyib. Criminal.az saytı xəbər verir ki, söhbət Ağdaş rayonu, Səməd Vurğun adına 1 saylı orta məktəbdən gedir.
Şəhərin mərkəzində, Heyrəd Əliyev prospektində yerləşən məktəbin həyətində hər gün mal-qara otarılır. Həyətdəki yaşıllıqlar inəklər tərəfindən məhv edilir, ətraf ərazi çirkləndirilir.
Mühafizə olunan məktəbdə mal-qara otarılmasına icazə verən şəxsin kim olduğu məlum deyil. Mal-qaranın məktəbin həyətinə gətirilməsi hər gün təkrarlanır.
Məsələ ilə bağlı təhsil ocağından münasibət oyrənmək mümkün olmadı.
Məktəb həyətini fermaya çevrilməsini göstərən görüntüləri təqdim edirik:

Related Articles

050-295-94-79
top