PAMBIQÇILARA GÖRƏ İŞDƏN ÇIXARILAN MƏMURA VƏZİFƏ VERİLDİ?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 8
    Shares
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisi Camal Quliyevə vəzifə verilib. Oxu.az xəbər verir ki, keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb. C. Quliyevin İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarıldığı bildrilirdi. Qida Təhlükəsizliyi Agentliyi bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunmuş Camal Quliyevin Agentliyə təyinatı ilə bağlı yayılan məlumatları təkzib edib.
 Agentliyin İnformasiya təminatı və innovativ hallar şöbəsinin müdiri Mansur Piriyev Modern.az-a bildirib ki, məlumat həqiqətə uyğun deyil və bununla bağlı yayılan xəbərin heç bir əsası yoxdur.

Related Articles

050-295-94-79
top