UŞAĞIN QULAĞI HANSI YAŞDA DEŞİLMƏLİDİR? – HƏKİM RƏYİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Sırğa qız uşaqlarına ən çox yaraşan aksessuarlardan biridir. Elə bunun fərqində olan valideynlərin də uşaq anadan olandan sonra ona aldıqları ilk hədiyyə sırğa olur.
Bəs uşağın qulağına hansı yaşda sırğa taxılması məqsədəuyğundur?
Bu barədə Xeberle.com-a açıqlama verən Sumqayıt şəhər 1 nömrəli şəhər Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim-infeksionisti Aytən Abdullayeva bildirib ki, uşağın qulağı o ağrını dərk edənə qədər deşilməlidir: “Nə vaxt ki, körpənin həssaslığı azdır və o, ağrını dərk etmir, onda qulağın deşilməsi məsləhətlidir. Yaxşı olardı ki, valideynlər 1 yaşına qədər uşağın qulağını deşdirsinlər. Çünki 1 yaşdan sonra uşaq artıq ağrını, acını anlayır. Əsas odur ki, asseptika və antiseptika qaydalarına riayət olunsun. Qulaq deşilməsi üçün istifadə edilən alətlər strelizasiya olunmalı, yara infeksiyalardan qorunmalıdır”.

Related Articles

050-295-94-79
top