“SƏRDAR CƏLALOĞLU TAMAMİLƏ BAŞINI İTİRİB” — ARİF RƏHİMZADƏDƏN ADP SƏDRİNƏ SƏRT REAKSİYA

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 6
    Shares
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

Komitə sədri “Ölkə.Az”a açıqlamasında bildirib ki, bu cür düşünənlər müstəqil Azərbaycan dövlətçiliyini istəmirlər:

“Mən onun bu cür çıxışları ilə hələ tanış deyiləm. Əgər Sərdar Cəlaloğlu doğrudan da belə fikirlər səsləndiribsə, o çox böyük səhv edir. Görünür ki, o, tamamilə başını itirib”.

A.Rəhimzadə deyib ki, Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu var:

“Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də müstəqilliyimizi qoruyub saxlaya bilməzdik. Çünki yeni müstəqillik qazanan dövrdə Azərbaycanda vəziyyət qeyri-sabit idi, müstəqilliyimizə qarşı ciddi təhlükələr var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas etdi”.

Related Articles

050-295-94-79
top