SAYĞAC KODA DÜŞDÜKDƏ NƏ ETMƏLİ? – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bəzən abonentlər qaz sayğaclarının bloka düşməsi nəticəsində çıxılmaz vəziyyətdə qalırlar.

Yenicag.az Oilgas.az-a istinadən sayğacın blokdan çıxarılmasına dair videonu təqdim edir:

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər.

1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.
3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur.

 

Related Articles

050-295-94-79
top