“DÖVLƏT KOMİTƏSİNDƏN MƏNƏ DEDİLƏR Kİ, NƏ VACİB İDİ BU QƏDƏR UŞAQ?” – 10 UŞAQLI ATA…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 21
    Shares

Ziya Aslanov müəllimdir. 43 yaşı var. 10 uşaq atasıdır. Uşaqlardan 8 -i oğlan, 2-i qızdır. Ən böyüyün 18 , kiçiyin isə 2 yaşı var.Bakı şəhərində yaşayırlar. Ailəsi böyük, dolanışığı çətin olsa da Ziya müəllim övladlarını layiqincə yetişdirə bilib. Deyir uşaqlardan altısı hazırda orta məktəbdə əla qiymətlərlə oxuyur. Böyük övladı artıq universitet tələbələridir. Uşaqlardan biri Naxçıvanda hərbi litseydə təhsil alır.

Ziya müəllim ailəsi ilə fəxr etdiyini bildirir.”19 ildir Allaha çox şükürlər olsun, evimizdən uşaq səsi gəlir.Tanrı verən paydır, min şükür. Hamısı ağıllı, tərbiyəli və ən əsası da sağlamdırlar. Həyat yoldaşıma görə də Allaha çox şükr edirəm. Böyük bir ailənin yükünü sevə- sevə çəkir.200 manat müəllim maaşı alıram. Dil-ədəbiyyat müəllimiyəm əslində.Məktəbdə psixoloq işləyirəm Psixoloqların diaqnostik qiymətləndirilməsi keçirilmədiyi üçün hələ mənim maaşım artmayıb. Dövlətdən şikayət etmirəm, Ailəmə sosial müavinət ayrılıb. Hər ay evimə mənim maaşımla birlikdə bu 10 uşağa görə 1000 manat vəsait daxil olur. Qənaətlə dolanmağa çalışırıq. Demirəm yağ-bal içində yaşayırıq. Mənə çöldə- bayırda dost -tanışlar yeməyə qızıl balıq təklif etsələr də yemirəm. Deyiərm ailəmə yedizdirməyə imkanım yoxdursa mən də yeməyəcəm. Mən o balıqdan hamiləykən həyat yoldaşıma da yedizdirə bilməmişəmsə mənim də boğazımdan keçməz.Bu balaca ruzini Allah bizim evimizə elə göndərib ki, bir təhər yetişir. Amma elə ancaq yeməyimizə.

İllər öncə imkanım nisbətən yaxşı idi. Öz evimiz var idi. Sonra vəziyyət elə gətirdi ki, evi satmağa məcbur olduq. O ərəfədə də inflyasiya, böhran səbəbi ilə yeni ev də ala bilmədik, qaldıq kirayələrdə. 10 uşaqlı ailənin də yaşaya bilməsi üçün ən azından bir 3 otaqlı ev lazımdır ki, sığışa bilək. Çox şükür allaha ölkəmiz inkişaf edir.

Elə başa düşürəm ki, dövlət mənə yardım edə bilər. Mən axı bu uşaqları vətən üçün yetirşdirirəm. Bu boğazdan yuxarı sözlər deyil. 8 oğul 8 əsgər deməkdir. Məncə dövlətin bu 10 uşaqlı ziyalı ailəsinə kömək etməyə gücü çatar. Mən imkan daxilində ya ev, ya da torpaq sahəsi ilə təmin olunmaq istəyirəm. Bunun üçün müxtəlif qurumlara müraciət etmişəm Təəssüf ki çox zaman hamısından eyni cavab alıram. Ailə, Qadın Və Uşaq Komitəsinə müraciət etdik, qurum rəsmisi bizə bildirdi ki, nə vacib idi bu qədər uşaq?Mən incimədim. Bütün təşkilatlarda belə cavab verirlər bizə. Amma insanı yaradan Allahdır, öldürən də odur. Dövlət öz vətəndaşının qayğısını çəkmək üçün var.Bu gün ölkədə 10 uşaqlı bir ailə varsa və bu ailə dövlət dəstəyi istəyirsə düşünürəm ki, bu dəstəyi bizə verə bilərlər.Bunu edə biləcək gözəl düşüncəli və xeyirxah insanlar var. Yuxarı instansiyalara müraciətlər etmişəm, onlar da məktubları icra hakimiyyətinə yönləndirilər. Mən Binəqədi rayonunda doğulub böyümüşəm, oranın qeydiyyatındayam. Lakin ucuz başa gəlsin deyə Abşeron rayonunda ev tutmuşuq. İndi Binəqədi mənə deyir, get yaşadığın ərazidən tələb elə, yaşadığım ərazi ( Abşeron rayonu) deyir, get qeydiyyatda olduğun rayondan tələb elə. Mən əminəm ki, şərait yaradılsa bu uşaqlar gələcəkdə bu dövlət üçün çox faydalı mütəxəssislər ola bilərlər. Mənim onları idmana, rəsm, musiqi dərslərinə göndərməyə imkanım yoxdur. Amma onlar üçün vaxt itkidir, zaman keçir. Xahiş edirəm, əlaqədar qurumlar mənim ailəmə dəstək olsunlar, mənim ailəm də dövlətin bir parçasıdır. Bizim yaşaya biləcəyimiz evimiz, yaxud ev tikə biləcəyimiz torpaq sahəmiz olsa çox sevinərik. Başqa bir istəyimiz yoxdur”,- deyə Ziya müəllim bildirir. Ümid edirik ki, dili dualı, könlü xeyirxah bir müəllimin harayı cavabsız qalmaz, onun səsinə dövlətdən də , elə xeyirsevən imkanlı şəxslərdən də səs verən tapılar.O ki qaldı , dövlət qurumlarına, onlar bu qədər uşaq nəyə lazımdır demək üçün yox, bu qədər uşağa kömək ola bilmək üçün təsis ediliblər. \\moderator.az\\

Related Articles

050-295-94-79
top