SAXTA PROFESSOR HƏBS OLUNDU: BEYİN CƏRRAHI İMİŞ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Türkiyədə saxta professor həbs olunub.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülhanə Hərbi Tibb Akademiyasının məzunu olduğunu iddia edən Cüneyt Turan adlı şəxsin əslində heç tibb diplomunun olmadığı və lisey məzunu olduğu üzə çıxıb. Uzun illər özünü sinir, beyin və illik cərrahı kimi tanıdan “professor” 10 mindən çox beyin şişi əməliyyatında iştirak etdiyini irəli sürüb və indiyə qədər heç bir xəstəsinin ölmədiyini deyib.
C.Turanın bir çox beynəlxalq televiziya kanallarının sağlamlıq verilişlərinə qatıldığı, universitetlərdə seminarlar keçirdiyi də məlum olub.

Related Articles

050-295-94-79
top